Sen 26, 2020 08:19 Asia/Baku
  • Xətibzadə:

"Qərblilərin İnsan Hüquqları məsələsi ilə bağlı ikili standartları onların sədaqətsizliyinin və insan haqları konsepsiyasından siyasi məqsədlər üçün istifadə etmələrinin göstəricisidir"

Səhər Azəri xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Avropa İttifaqının BMT-nin İnsan Hüquqları Şurasındakı anti-İran bəyanatına münasibət bildirərkən belə deyib.

Avropa İttifaqına üzv ölkələr cümə günü BMT-nin İnsan Hüquqları Şurasının iclasında qərəzli bir bəyanat yayaraq, İranı insan haqlarını pozmaqda ittiham ediblər.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Avropa İttifaqının İnsan Hüquqları Şurasındakı birgə bəyanatını qəbuledilməz adlandırıb və deyib: "Bu ikili standart bu ölkələrin sədaqətsizliyi və bu konsepsiyadan siyasi məqsədlər üçün istifadə etməsinin göstəricisidir".

Xətibzadə insan hüquqları mexanizmlərindən istənilən sui-istifadəni və İranın daxili işlərinə müdaxiləni qəbuledilməz adlandırıb və vurğulayıb: "Bəzi Avropa ölkələrinin özləri və müttəfiqlərinin ən büyük insan haqları pozuntuları qarşısında laqeydliyi və susqunluğu yeni bir hadisə deyil; Onlar müdafiəsiz Yəmən xalqını qırğın etmək üçün Səudiyyə Ərəbistanına və regional diktatorlara milyardlarla dollarlıq silah satışında bir-birləri ilə rəqabət aparırlar". 

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə əlavə edib: " Etirazçılara qarşı basqınları, qaradərililərin öldürülməsini, dini azlıqların, xüsusilə müsəlmanların qətliamını və Avropa İttifaqı sərhədləri daxilində miqrantların incidilməsini, təzyiqlərə məruz qalmasını və işgəncə edilməsini qanunun icrası hesab edirlər, Lakin eyni zamanda digər ölkələrdə səlahiyyətli məhkəmə tərəfindən cinayət məcəlləsinə əsasən çıxarılan qərarların həyata keçirilməsini insan hüquqlarının pozulması kimi dəyərləndirirlər".

Xətibzadə sonra deyib: "Dini öhdəliklər və Konstitusiyaya, həmçinin daxili qanunlara və beynəlxalq müqavilələrə sadiqlik çərçivəsində milli, regional və beynəlxalq səviyyədə insan hüquqlarının inkişafı və təşviqi, İran İslam Respublikasının daimi prioritetlərindən biridir və praktikada da buna riayət etməyə sadiqdir".

Xatibzadə, Avropa Birliyi daxilində öz niyyətlərini ortaya qoymağa çalışan bəzi Avropa hökumətlərinə, özləri və regional müttəfiqləri arasında insan haqlarının yaxşılaşdırılması məsələsini ciddi şəkildə gündəmə gətirməyi tövsiyə edib.

Teqlər

Şərhlər