Sen 27, 2020 20:51 Asia/Baku
  • Zərif: “Danışıqlar üçün şərait yaratmağa hazırıq”

“İran Dağlıq Qarabağda baş verən şiddəti diqqətlə izləyir. Hərbi əməliyyatların dərhal dayandırılmasına və fikir ayrılıqlarını həll etmək üçün dialoqa çağırırıq”.

SəhərAzəri xəbər verir, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün "Twitter"dəki səhifəsində yazıb.
“Qonşularımız bizim prioritetimizdir və danışıqlar üçün yaxşı şərait yaratmağa hazırıq. Bölgəmizin indi sülhə ehtiyacı var”, - nazir əlavə edib.
Qeyd edək ki, bu gün İran XİN-nin sözçüsü sözçüsü Səid Xətibzadə də Ölkəmizin iki tərəf arasında danışıqlara başlamaq üçün İranın bütün imkanlarını istifadə etməyə hazır olduğunu bildirdi.

Image Caption

 

Teqlər

Şərhlər