Sen 28, 2020 13:30 Asia/Baku
  • Qarabağ bölgəsində döyüşən tərəflərin üç mərmisi İranın sərhəd bölgələrinə düşüb

Azərbaycan Respublikası və Ermənistan hərbçiləri arasında hərbi toqquşmaların baş verməsi fonunda üç minaatan mərmisi İranın sərhəd bölgələrinə düşüb.

SəhərAzəri xəbər verir, İranın şimal qərbində yerləşən Xudafərin şəhərinin qubernatoru Əli Əmirirad bu gün İRNA-ya vediyi müsahibədə iki ədəd mərminin əkin sahələrinə düşdüyünü və xoşbəxtlikdən maddi ziyan və ya insan tələfatının olmadığını bildirib.

Əmirirad bazar günü də bir ədəd partlamamış minaatan mərmisinin Xudafərin şəhərinin otlaq sahələrinə düşdüyünü bildirib.

Azərbaycan Respublikası ilə Ermənistan arasında hərbi toqquşmalar sentyabrın 27-i səhər saatlarından başlayıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 27-də axşam çağı erməni və azərbaycanlı həmkarları ilə ayrı-ayrılıqda baş tutan telefon danışığı zamanı tərəfləri təmkinli olmağa, atəşkəsi bərpa etməyə, düşmənçiliklərə dərhal son qoymağa, həmçinin beynəlxalq qanunlar çərçivəsində danışıqlara başlamağa çağırıb.

 

Teqlər

Şərhlər