Sen 28, 2020 15:38 Asia/Baku
  • Xətibzadə:

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Omanda İranla ABŞ arasında müzakirələrin aparılması barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.

SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında Omanda İranla ABŞ arasında müzakirələrin aparılması barədə yayılan xəbərlərə münasibət bildirərkən, deyib: "İranla ABŞ arasında heç bir müzakirə aparılmayıb və bunlar yalnız daxili auditoriyaya hesablanıb və bəlkə Donald Trampa fayda verə bilər".

Trampın beynəlxalq münasibətlərin və ABŞ-la İran arasındakı əlaqələrin mahiyyətindən heç bir anlayışa malik olmadığını bəyan edən, Xətibzadə əlavə edib: "Tramp öz səhvini qəbul etməli və İrana qarşı bu qeyri-insanı və hərtərəfli müharibəni və zalımcasına sanksiyaları dayandırmalıdır, həmçinin İran xalqına vurduğu bütün xəsarətləri kompensasiya etməlidir, əgər bunları edərsə, Əhatəli Müştərək Təşəbbüs Proqramının kabinetinin küncündə özünə bir yer qazana bilər".

İranın diplomatiya aparatının sözçüsü Azərbaycan Respublikası ilə Ermənistan arasında baş verən toqquşmalara barədə qeyd edib ki, Atəşkəsin dərhal bərqərar edilməsi, düşmənçiliklərə son qoyulması, habelə ikitərəfli danışıqların başlanması bu böhranın yeganə həll yoludur.

"Regionun artıq zorakılığa dözə bilməz və İran İslam Respublikası Azərbaycan ilə Ermənistan arasındakı problemin həlli üçün bütün imkanlarından istifadə etməyə hazırdır", -deyə o, əlavə edib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Əfqanıstanın sülh prosesi və əfqanlar arasındakı danışıqlara da toxunub. O, deyib ki, günahsız insanları bombalayan və illərdir Əfqanıstanı uydurma bəhanələrlə işğal edən ölkələrdən fərqli olaraq, İran əfqanlararası danışıqları dəstəkləyir.

Teqlər

Şərhlər