Okt 23, 2020 22:15 Asia/Baku
  • İİR silahlı qüvvələri sözçüsündən İrəvan və Bakıya xəbərdarlıq

İran silahlı qüvvələrinin sözçüsü İrəvana və Bakıya xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, İran silahlı qüvvələri baş qərargahının baş sözçüsü vurğulayıb ki, Tehran İranın Ermənistan və Azərbaycan Respublikası ilə birgə sərhədlərində heç bir xəta və təhdidə dözməyəcək və hər cür təcavüz və təhdidlə ciddi rəftar edəcəkdir.

Briqada generalı pasdar Əbulfəzl Şekarçi deyib: Azərbaycan Respublikası ilə Ermənistan arasında Qarabağ bölgəsi üstündə gedən hərbi döyüşlər və üçüncü ölkənin sərhədlərində hərbi və dinc yanaşı yaşamaq üzrə beynəlxalq qaydalara riayət edilməməsi, İran İslam Respublikası bölgələrinin içərisinə mərmilərin atılması və düşməsilə nəticələnibdir.

İran silahlı qüvvələri baş qərargahının sözçüsü sonra deyib: İranın xalqı və sərhəd bölgələrinin təhlükəsizliyi bizim qırmızı xəttimizdir və bununla bağlı hər iki döyüşən ölkəyə xatırladırıq ki, əcnəbilərin müharibə qızışdırmaları və təhrikedici hərəkətlərindən ehtiyatlı olaraq, qarşılıqlı problemləri dinc və dialoq yolu ilə həll etsinlər və öz hərbi əməliyyatlarındakı diqqətsizliklə İranın ölkə sərhədləri, həmçinin iran xalqının asayişi və təhlükəsizliyini xətərə salmasınlar.

Briqada generalı pasdar Əbulfəzl Şekarçi vurğulayıb: İslami İranın Azərbaycan Respublikası və Ermənistanla dinc yanaşı yaşama prinsipinə riayət etməsi və təmkinlilik göstərməsindən sui-istifadə edilməməlidir.

O, deyib: İranın qırmızı xətlərinə keçilməsin, əksə təqdirdə, bu, mütləq peşmançılığa gətirib çıxaracaqdır.

Azərbaycan Respublikası ilə Ermənistan arasındakı döyüşlərin yeni dövrü sentyabrın 27-dən başlanıb. Bunun nəticəsində hər iki tərəfdən bir qrup hərbi qüvvə ölüb və ya yaralanıbdır.

Qarabağ bölgəsində döyüşlər başlanandan bəri İranın sərhəd kəndlərinə onlarla raket və mərmi düşübdür ki, bu da İranın sərhəd bölgələrindəki sakinlərinə ziyanlar vurubdur.

Teqlər

Şərhlər