Okt 24, 2020 15:52 Asia/Baku
  • Ali Məqamlı Rəhbər koronavirusla bağlı mühüm tövsiyələr buyurublar

İslam İnqilabının Böyük Rəhbəri koronavirus pandemiyasının acınacaqlı vəziyyəti ilə qarşılaşmaq üçün qətiyyətli və suveren qərarların qəbul edilməsi, ictimai rəyi inandırmaq və bütün qurumların və xalqın əməkdaşlığının vacibliyini vurğulayıblar.

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahulüzma Xamenei bu gün ölkə prezidenti və Koronavirusal Mübarizə üzrə Milli Qərargahın üzvləri ilə üz-üzə görüşdə, bu qərargahın fəaliyyətlərini yüksək qiymətləndirərək, müxtəlif ölkələrdə koronavirusu idarət etmə metodlarına toxunub və buyurublar: "ABŞ kimi bəzi ölkələrdə ən pis idarəetmə tətbiq olunub, Lakin insanların həyat və sağlamlığı, təhlükəsizliyi və iqtisadiyyatı ilə əlaqəli olan bu hadisəni ən yaxşı idarəetmə üsulu ilə arxada qoymağa çalışmalıyıq".

"Ölkədə böyük işlər görülməkdədir və Allahın lütfü ilə heç bir hadisə İran İslam Respublikasını dayandıra bilməyib, Lakin hərəkətin yavaşlamasına səbəb olan bu maneələr ən qısa zamanda aradan qaldırılmalıdır", - deyə Həzrət Ayətullahulüzma Xamenei əlavə ediblər.

İslam İnqilabının Böyük Rəhbəri, düzgün idarəetmə üçün zəriri olan amillərin "qətiyyətli və suveren qərarların qəbul edilməsi", "ictimai rəyi inandırmaq" və "bütün qurumların və xalqın əməkdaşlığı " olduğunu bildiriblər və buyurublar: "Əlbəttə bu əməkdaşlıq təkcə koronavirusla mübarizəyə aid olmamalıdır, bəlkə bütün məsələlərdə, xüsusən siyasi məsələlərdə mövcud olmalıdır. Çünki güclü bir milləti, inkişaf etməkdə olan bir sistemi və yeni bir düşüncəsi olan ölkə təbii olaraq, beynəlxalq və daxili arenada bir çox vacib məsələlərlə qarşılaşır".

Teqlər

Şərhlər