Okt 27, 2020 21:13 Asia/Baku

İranın Azərbaycandakı səfiri deib: Seyid Abbas Əraqçı bu gecə İran İslam Respublikası Prezidentinin xüsusi elçisi olaraq Bakıya gedəcək.

SəhərAzəri xəbər verir, Bakıdakı səfirimiz Seyid Abbas Musəvi bu barədə Tvitter hesabında bidirib: Cənab Əraqçı sabah Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə İran-Azərbaycan ikitərəfli münasibətlərindəki son inkişaflar, bölgədə davam edən münaqişələr və İranın münaqişəni həll etmək təşəbbüsü və digər məsələlər barəsində müzakirə edəcək. 
Ölkəmizin Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də elan edib ki, Cənab Əraqçı İranın Dağlıq Qarabağ münaqişəsini və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən münaqişələri həll etmək təşəbbüsünü irəli sürmək üçün son vəziyyəti araşdırmaq niyyəti ilə Ərdəbil vilayətinin sərhəd bölgələrinə  səfər edib. 
Xətibzadə əlavə edib: Dr. Əraqçı sərhəd bölgələrində olmaqla və bölgədəki son inkişafları öyrənməklə yanaşı, Bakı, Moskva, İrəvan və Ankaraya səfərlər planlaşdırıb.
Qeyd edək ki, bu gün Seyyid Abbas Əraqçi, Ərdəbil vilayətinin Muğan bolgəsində yerləşən Aslanduz şəhərində olaraq Azərbaycan Respublikası ilə sərhəd bölgələrini yoxlayıb.
Cənab Əraqçı bölgəyə səfər etməsinin  məqsədinin, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin mübahisəli ərazilərinə yaxın olan Aslanduz və Xüdafərin sərhəd bölgələrini yoxlamaq olduğunu bildirərək deyib: İran İslam Respublikası, Araz çayı üzərində mühüm su və elektrik obyektlərinə malikdir ki bu səfər zamanı sərhəd və binaların son durumu da yoxlanılacaq.
Xarici işlər nazirinin siyasi müavini Cənab Əraqçı əlavə edib: İran İslam Respublikası üçün sərhəd bölgələrin, subəndlərin və sərhədyanı abyektlərin təhlükəsizliyi çox vacibdir və qırmızı xəttidir və iki şimali qonşularımızın arasındakı münaqişədə onlara zərər verilməməlidir.

Teqlər

Şərhlər