Okt 29, 2020 09:35 Asia/Baku
  • İran prezidentinin xüsusi nümayəndəsi:

İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas İraqçi Ermənistan ordusunun Bərdəyə raket hücumlarına münasibət bildirərkən deyib: “ Mülki şəxslərə atəş açmaq beynəlxalq qanunlara zidd olmaqla yanaşı, həm də hərbi cinayətdir.

SəhərAzəri xəbər verir, bu sözləri İran İslam Respublikası prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Seyid Abbas İraqçi Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, rəsmi Tehran bu hadisəni şiddətlə qınayır və belə hallara son qoyulmasını tələb edir.

A.İraqçı Azərbaycan dövlətinə və xalqına başsağlığı verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair İranın təkliflər irəli sürdüyünü diqqətə çatdıran A.İraqçi qeyd edib ki, dövlətlərin ərazi bütövlüyünün qorunması İranın xarici siyasətinin əsas prinsipidir. İran həmişə Azərbaycan ərazilərinin işğal altında qalmasına müxalif olub.

Azərbaycanın İran ilə sərhəd rayonlarının işğaldan azad olunmasının şad xəbər olduğunu bildirib.Bu bölgədə İran ilə Azərbaycan birgə “Xudafərin” və “Qız qalası” su bəndi inşa edirlər.

"Artıq ölkələrimiz su bəndlərindən və onların üzərində tikilən Su Elektrik Stansiyasından səmərəli istifadə edəcəklər", - deyə o, əlavə edib.

A.İraqçi Moskva, İrəvan və Ankaraya da səfər edəcəyini bildirib.

 

 

Teqlər

Şərhlər