Okt 29, 2020 20:52 Asia/Baku
  • Ruhani Avropanı islamofobiyadan imtinaya çağırıb

Fransa və digər Avropa ölkələri müsəlmanların işinə qarışmağı dayandırmalıdırlar. Bunu İran Prezidenti Həsən Ruhani dünənTehranda hökumətin iclasından sonra bəyan edib.

 

SəhərAzəri xəbər verir, Həsən Ruhani Qərb ölkələrində anti-islam açıqlamalar, o cümlədən Fransada əziz İslam peyğəmbəri (s.ə.s) haqqında karikaturalarının dərc olunmasını qınayıb və deyib: "Müqəddəs Peyğəmbəri təhqir etmək insanlığın bütün dəyərlərini təhqir etmək deməkdir.

O vurğulayıb ki, söz və mətbuat azadlığı adı altında peyğəmbərin təhqir olunması heç də xoş niyyətdən xəbər vermir. Müxtəlif dinlərə etiqad edən adamların hissi ilə oynamaq demokratiyadan deyil, təfriqədən xəbər verir.

H.Ruhani bildirib ki, Fransa və Avropanın digər ölkələri şiddəti və iğtişaşı təşviq edirlər, bu da milyonlarla insanın etirazına səbəb olur.

“Avropa, o cümlədən Fransa çiçəklənmə və sülhə can atdığını, maariflənmiş cəmiyyətlərin formalaşdığını bəyan edir. Əgər belədirsə, onda müsəlmanların işlərinə qarışmağı dayandırmalıdırlar”, - deyə Ruhani qeyd edib.

Teqlər

Şərhlər