Okt 30, 2020 12:04 Asia/Baku
  • İranda elm təməlli bir şirkət zəfəran ekstraktı ixrac edir

İranda dərman bitkiləri sahəsində fəaliyyət göstərən elm təməlli bir şirkət zəfəranın xam satışına mane olmaq üçün emal olunmuş zəfəran ekstraktını bəzi ölkələrə ixrac etməyə müvəffəq olub.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, sözü gedən şirkətin direktoru yeni zəfəran ekstraktının Almaniya, İsveçrə, Fransa, Yeni Zelandiya və Kanadaya ixrac edilməsindən xəbər verib və deyib: "İxrac edilən ekstrakt dərman preparatları,  gigiyena vasitələri və ərzaq məhsullarında istifadə olunur"

Zəfəran süsənkimilər fəsiləsinə aid bitki növüdür və aşpazlıqda ədviyyat olaraq, istifadə olunur.

Zəfəran lap qədimdən dərman maddəsi olaraq istifadə edilir. Bu bitki iştahasızlıq, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərə qarşı müalicədə istifadə olunur. Zəfərandan, həmçinin xərçəng xəstəliyinin müəyyən edilməsində də istifadə olunur.

İran illik 330 ton zəfəran istehsalı və bu məhsulun 280 tonluq ixracatı ilə dünyada ən böyük zəfəran istehsalçısı və ixracatçısıdır.

Teqlər

Şərhlər