İyul 04, 2017 12:08 Asia/Baku
  • ARM Şeyx Sərdar barəsində çıxarılan məhkəmə qərarına etiraz etdi
    ARM Şeyx Sərdar barəsində çıxarılan məhkəmə qərarına etiraz etdi

Azərbaycan Ruhanilər Məclisi Şeyx Sərdar barəsində çıxarılan məhkəmə hökmünə etiraz olaraq bəyanat yayıb

İyul ayının 3-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu, Şeyx Sərdar Hacıhəsənli növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə hakimi Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan Ruhanilər Məclisi (ARM) Məhkəmənin Şeyx Sərdar haqqında çıxardığı 3 il həbs qərarına etiraz olaraq  bəyanat qəbul etmişdir.

 

Bəyanatda deyilir:  "Bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü,  Maide.Az saytının baş redaktoru, dəyərli ruhani Hacı Şeyx Sərdar Hacıhəsənlinin Masallıda keçirilən məhkəmə  prosesinin sonunda 3 il azadlıqdan məhrum edilməsi hər bir vicdanlı insanı sarsıtdı. Çıxarılan bu haqsız qərar nə ilə nəticələnib, nələrə səbəb oldu? 

1. Müsəlman ölkəsində  müsəlmanlığın ən bariz göstəricisi hesab olunan namaz cinayət hesab olundu.

2. Daxildə və xaricdə kifayət qədər nüfuza malik olan bir ruhaninin namaza görə həbs edilməsi Azərbaycan dövlətinin müsəlman ölkələri arasındakı islami kimliyini sual altına apardı. 

3. Məhkəmələrin hakimlər deyil, məhz görünməz əllər tərəfindən idarə edilməsi bir daha öz təsdiqini tapdı.

4. Xalqın müxtəlif təbəqələrdən olan nümayəndələrinin etirazlarına heç bir məhəl qoyulmadı. 

5. Bugünki məhkəmədə oxunan hökm, tolerantlıq, multikulturalizm və İslam Hərməryliyinin yalnız şüar olduğunu sübut etdi.

6. Bu hökm bu günə qədər Azərbaycanda Allah və onun dini ilə düşmənçilik mövqeyində olanların hələ də dəyişməmələrini sübuta yetirdi.

Azərbaycan Ruhanilər Məclisi (ARM) bu ədalətsiz qərarı qərəzli hesab edir və qətiyyətlə pisləyir." 

Azərbaycan Ruhanilər Məclisinin bəyanatında daha sonra belə deyilir:  "Sonda İlahi dərgaha üz tutaraq deyirik: "İlahi, əziz Peyğəmbərin ayrılığından (ona və Əhli-beytinə Sənin salamın olsun), mövlamızın qeybindən, düşmənin çoxluğu və sayımızın azlığından, bizə üz tutmuş üzücü fitnələrdən, dövrümüzün şəraitinin bizim ziddimizə çiyin-çiyinə dayanmasından Sənə şikayət edirik".