İyul 06, 2017 13:31 Asia/Baku
  • Sərdar Hacıhəsənli
    Sərdar Hacıhəsənli

Azərbaycanda “Qələm” Yazarlar Birliyi “Maide.AZ” saytının Baş redaktorunun həbsi ilə əlaqədar bəyanat verdi.

İslamazeri.com xəbər verir ki, “Qələm” Yazarlar Birliyinin bəyanatında deyilir:

“Hacı Sərdar Hacıhəsənli kimi şəxsiyyətin imanından, elmindən, bacarığından, natiqliyindən, qələmindən bəhrələnib, bütün bu dəyərli keyfiyyətləri cəmiyyətin mənəvi saflaşdırılmasına, gənclərin təlim-tərbiyəsinə, uşaqların vətənə məhəbbət ruhunda böyüməsinə yönəltmək əvəzinə, onu geniş ictimaiyyətdən təcrid edərək, azadlığını məhdudlaşdırmaq ağılsızlıq, məntiqsizlik və hansısa qisas hissindən başqa bir şey deyil”.

 “Qələm” Yazarlar Birliyi bir daha Şeyx Sərdar Babayevə azadlıq tələb edir və rayon məhkəməsinin buraxdığı səhvin Apellyasiya Məhkəməsi tərəfindən düzəldiləcəyinə ümid bəslədiyini bildirir.

Teqlər

Şərhlər