Aug 12, 2019 18:00 Asia/Baku
  • Heç bir maneə Tehran-Bakı münasibətlərinə xələl gətirə bilməz
    Heç bir maneə Tehran-Bakı münasibətlərinə xələl gətirə bilməz

İran İslam Respublikasının birinci vitse-prezidenti İran və Azərbaycan Respublikasının coğrafi qonşuluğuna, həmçinin mədəni, tarixi və siyasi ortaqlıqlarına işarə edərək, deyib ki, heç bir maneə Tehran-Bakı münasibətlərinə xələl gətirə bilməz.

Eshaq Cəhangiri bu gün Türkmənistanın "Avaza" kurort şəhərində keçirilən birinci Xəzər iqtisadi forumunun kənarında Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədovla görüşdə vurğulayıb ki, Xəzər iqtisadi forumunun ən mühüm məqsədi, Xəzər qonşularının həmkarlıqlarının genişlənməsidir.

O, əlavə edib: Ölkələr arasında nəqliyyat və tranzitin artması ikitərəfli əlaqələrdə böyük rola malikdir.

Cəhangiri bildirib ki, şimal-cənub koridoru İran və Azərbaycan Respublikasından əlavə, bir çox regional təsirlərə də malik ola bilər. O, deyib: Türkiyə, Rusiya, Türkmənistan və Gürcüstanla üç və çoxtərəfli əməkdaşlıqlar İran ilə Azərbaycan Respublikası arasındakı ticarət həcminin artırılması üçün faydalıdır.

Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov da bu görüşdə Xəzər qonşularının iqtisadi əməkdaşlıqlarının genişləndirilməsini vurğulayaraq, Tehran-Bakı münasibətlərinin genişləndirilməsi və gücləndirilməsini zəruri adlandırıb.

Məmmədov bildirib ki, İran region ölkələri arasında əlaqə körpülərinin yaradılması və gücləndirilməsində xüsusi rola malikdir. O, deyib: Bakı Tehranla sənaye, səhiyyə və iaşə xidmətləri üzrə əməkdaşlıqların genişləndirilməsini istəyir.

İran İslam Respublikasının birinci vitse-prezidenti həmçinin Rusiyanın baş naziri və Türkmənistan prezidenti ilə görüşübdür.

Teqlər

Şərhlər