İyun 26, 2025 16:03 Asia/Baku
  • AZƏRBAYCANIN İSLAM HƏRƏKATININ RƏHBƏRLIK ŞURASININ MÜRACİƏTİ

Azərbaycan Respublikası İslam Hərəkatıının Rəhbərlik Şurası Ali Məqamlı Rəhbərə müraciət ünvanlayıb.

Bəyanatda deyilir: İslam ümmətinin bəlağətli dili, görən gözü və bacarıqlı əli olan əziz və Aliməqam Rəhbər!Azərbaycan Respublikası müsəlmanları adından 12 günlük müharibədə baş komandirlərin, hörmətli alimlərin və bir sıra günahsız insanların şəhadəti ilə əlaqədar Sizə başsağlığı veririk.Eyni zamanda, ABŞ və İsrail rejiminin başçılıq etdiyi sionist-imperialist qüvvələrin vəhşicəsinə təcavüzü qarşısında göstərdiyiniz qəhrəmancasına müqavimət və düşmən üzərində izzətli qələbən münasibətilə Sizi təbrik edirik.Düşmənin qəfil və namərdcəsinə zərbələrindən sonra döyüş meydanında nəzarəti tam əlinizə almağa səbəb olan dəqiq və ildırım sürəti əməliyyatlar bizim narahatlığımıza son qoydu.Siz dediniz ki, sionist rejim bir yanlış hesablama və səhv bir təhlil edib və biz onu cəzalandıracağıq”. Sizin bu ümidverici söhbətləriniz bir daha İslam ümmətinin bədəninə ümid ruhu üfürdü. Silahlı qüvvələrinizin qətiyyəti, düşmən üzərinə yağan şiddətli raket yağışı təkcə müsəlmanların deyil, həm də dünyanın bütün azadlıqsevər insanlarının qəlbində Qəzzə dərdinə şəfa verən bir məlhəm oldu.Bütün bu şanlı qələbələrə görə sizə və polad iradəli əsgərlərinizə və mömin, təqvalı və möhtəşəm İran xalqına təşəkkür edirik. Uca Allahdan sizə cansağlığı, daha böyük uğurlar və düşmənlərimiz üzərində daha böyük qələbələr diləyirik. Və ümid edirik ki, Zati-alilərinin lütfü və sarsılmaz dəstəyi və igid Azərbaycan döyüşçülərinin mübarizəsi ilə reallaşan Qarabağın azadlığı kimi, yaxın gələcəkdə Qüdsi-şərifin də azad olunmasının şahidi olacaq, Fələstinin və mübariz xalqın azadlığını qeyd edəcəyik. Dualarımız hər zaman sizinlədir və müsəlman Azərbaycan xalqı üçün xoş dualarınızı gözləyirik.