Nov 07, 2019 10:32 Asia/Baku
  • Bakıda erməni mahnısı

Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanılıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti məlumat verib, bildirib ki, faktla bağlı müvafiq araşdırmalar aparılır, hadisənin təfərrüatı öyrənilir.

noyabrın 3-də sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub. Həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib. Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər. Onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər.

Şərhlər