Sen 14, 2020 20:39 Asia/Baku
  • Tehran və Bakı arasında dəniz nəqliyyatı üzrə əməkdaşlıqlar araşdırılıb

İran və Azərbaycan rəsmiləri arasında video-bağlantı zamanı iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Səhər Azəri bildirir ki, İran İslam Respublikası və Azərbaycan Respublikası arasında dəniz nəqliyyatı sahəsindəki əməkdaşlıqların son durumu habelə, iki ölkə limanları arasında yüklərin daşınmasının həcminin artırılması yolları bu gün səhər iki ölkənin əlaqədar rəsmilərinin virtual görüşü zamanı müzakirə edilib. 

Bu gün səhər video-bağlantı formatında keçirilən görüş İranın Limanlar və Dənizçilik Təşkilatının Tranzit, Logistika və Limanlararası Anlaşma Baş İdarəsinin rəisi  Xosrov Sərayi ilə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yanında Dövlət Dənizçilik Agentliyinin gəmiçilik üzrə şöbə müdiri Vamik Rəhimov arasında baş tutub.

Görüşdə iki ölkənin dəniz nəqliyyatı sahəsindəki əməkdaşlıqlarının son vəziyyəti araşdırılıb, əlaqələrin daha da artırılmasına təkid edilib. 

İki ölkə limanları arasındakı əməkdaşlıqlara dair bəzi məsələlərin araşdırılması habelə, bu əməkdaşlıqların genişləndirilməsi üzrə bəzi sənədlərin hazıqlanması görüşdə müzakirə olunan əsas məsələlərdən olub.  

 

Teqlər

Şərhlər