Aug 12, 2015 08:44 Asia/Baku
  • Nigeriyada bazarda güclü partlayış törədilib, 50-dək adam ölüb, 52 nəfər yaralanıb
    Nigeriyada bazarda güclü partlayış törədilib, 50-dək adam ölüb, 52 nəfər yaralanıb

Nigeriyada Borno ştatında bazarda törədilmiş güclü partlayış nəticəsində 50-dək adam həlak olub, daha 52 nəfər isə xəsarət alıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident Sabon yaşayış məntəqəsinin mərkəzi bazarında baş verib. Məlumata görə, partlayıcı qurğu meydanın ortasına quraşdırılıbmış.



Hələlik heç bir təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Teqlər

Şərhlər