Aug 31, 2016 10:17 Asia/Baku
  • Şeyx İbrahim Zəkzaki
    Şeyx İbrahim Zəkzaki

Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin fiziki durumu son dərəcə ağırdır və ciddi müalicəyə ehtiyaclıdır.

Şeyx İbrahim Zəkzakinin qızı Məşhəddə IRIB müxribi ilə müsahibədə deyib: Təəssüflə, Nigeriya dövləti tibbi xidmətlər alması üçün Şeyx Zəkzakiyə zindandan çıxmaq icazəsi vermir.

Suheyla Zəkzaki əlavə edib: Bu qeyri-insani və zalımcasına hərəkət Nigeriya dövlətinin gizli niyyətlərindən xəbər verir.

Bir müddət atası ilə birgə həbsdə olmuş Şeyx Zəkzakinin qızı deyib ki, atası bu ölkə ordusu qüvvələrinin basqını zamanı bir gözünü itirib; bir əli də iflic olub; onun görmə qabiliyyətini itirməsi ehtimalı var.

Nigeriya şiələri rəhbərinin qızı onların mənzilinə və bu ölkənin şimalındakı Zaria şəhərindəki bir məscidə qarşı hücumdan səkkiz ayın keçməsinə toxunaraq, söyləyib: Bu namərdcəsinə basqında üçü mənim qardaşım olmaqla 347 şiə şəhid edilib.

O, deyib: Bütün İran xalqından istəyirəm ki, atamın sağalması və Nigeriyanın dünyanın zalım qüvvələrinin caynaqlarından azad edilməsi üçün dua etsin.

Teqlər

Şərhlər