Mart 16, 2017 19:27 Asia/Baku
  • Parisdə Beynəlxalq Valyuta Fondunun ofisində partlayış
    Parisdə Beynəlxalq Valyuta Fondunun ofisində partlayış

Fransa polisi Beynəlxalq Valyuta Fondunun Parisin mərkəzində yerləşən ofisində partlayıcı maddədən ibarət olan bağlamanın partlamasından xəbər verib.

PressTv-nin verdiyi məlumata görə, bu partlayış nəticəsində iki nəfər yaralanıb. 

Fransa polisi bildirib ki, bağlamanı açan BVF-nin bir qadın işçisi üz və əl nahiyyəsindən yanıb. Hələlik kimsə bu partlayışın məsuliyyətini öz üzərinə götürməyib. 

BVF-nin direktoru Kristian Laqard da bu fondun Paris ofisində baş verən partlayışı pisləyib və bunu zorakı hərəkət adlandırıb. 

Fransa polis rəsmiləri həmçinin bildiriblər ki, BVF-nin Paris ofisində poçt bağlamasının partlaması ilə Berlində aşkar edilmiş Almaniya Maliyyə Nazirliyinin ofisindəki partlayıcı bağlama arasında böyük ehtimalla əlaqə var. Yunanıstan polisi də deyib ki, bu ölkədə yanar hüceyrələr adlanan bir yaraqlı qrup Almaniya Maliyyə Nazirliyinin ofisinə partlayıcı bağlamanın göndərilməsinin məsuliyyətini öz üzərinə götürüb. 

Teqlər

Şərhlər