Apr 02, 2017 11:18 Asia/Baku
  • Ermənistanda parlament seçkiləri

Ermənistan xalqı bu gün səhər bu ölkənin yeni parlament üzvlərini seçmək üçün seçki məntəqələrinə gedib.

ISNA-nın məlumatına görə, Ermənistan parlament seçkilərində 9 siyasi partiya və koalisiya 101 parlament yeri uğrunda mübarizə aparır.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu ölkə vətəndaşlarından 2 milyon 564 min 730 nəfərdən çox insan seçkilərdə iştirak şəraitinə malikdir.

Rəy sorğularına əsasən, 69 nümayəndə ilə ən çox parlament yerinə malik olan Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası seçkilərin qalibidir.

Həmçinin erməni milyarder Qagik Tsarukyanın başçılıq etdiyi "Çiçəklənən Ermənistan" partiyası, eləcə də bu ölkənin sabiq prezidenti Lev Petrosyanın liderlik etdiyi Erməni Milli Konqres Partiyası Xalq Partiyası ilə koalisiya yaradaraq seçkilərdə iştirak edirlər.

Ermənistan xalqı 2015-ci referendumunda iştirak edərək, öz ölkəsinin hökumət sisteminin prezidentlikdən parlamentə dəyişdirilməsinin lehinə səs verdi.

Hazırkı prezidentin prezidentlik dövrünün 2018-ci ildə bitməsindən sonra Ermənistan parlament sistemilə idarə olunacaq və hökumət də əksəriyyət blok tərəfindən təşkil ediləcəkdir.

Ermənistan parlament seçkiləri elə bir halda keçirilir ki, bu ölkənin əsas qanununda qəbul olunmuş qalmaqallı islahatlara görə, bundan sonra prezidenti parlament seçəcək. Eyni zamanda, baş nazirlik idarəsi daha çox ixtiyara malik olacaqdır.

Teqlər

Şərhlər