Aug 09, 2017 10:39 Asia/Baku
  • Kanada silahının Ərəbistana satışının dayandırılması istənilib
    Kanada silahının Ərəbistana satışının dayandırılması istənilib

Kanada dövləti ilə müxalif partiyalar və insan haqları fəalları bu ölkə istehsalı olan silahların Ərəbistana satışının dayandırılmasını istəyiblər.

Ərəbistanın şərqində yerləşən Qətif məntəqəsində bu ökə dövlətinin müxalifləri və insan haqları fəalları tərəfindən sosial medialarda yayılmış təsvirlər Kanadada qalmaqallı macəra üçün bir qığılcım yaradıbdır.

Ərəbistanın şərqində yerləşən Qətif məntəqəsində baş verən döyüşləri əks etdirən bu şəkillər və filmlərdə Kanada istehsalı olan silahlar nəzərə çarpır. 

Kanada ilə Fars Körfəzi ətrafında yerləşən ərəb ölkələri arasındakı əlaqələr üzrə tədqiqatçı Antoni Fenton dünən deyib: Bu təsvirlərin yayılması bir növ Kanada dövlətini belə bir gerçəkliyi qəbul etməyə vadar edə bilər ki, Səudiyyə Ərəbistanı kimi ölkələr öz müxaliflərinə divan tutmaq üçün bu silahlardan istifadə edirlər və bu da Kanadanın müdafiə siyasətlərilə təzad təşkil edir.

Kanada dövləti başlıca olaraq şiə sakinli olan Qətif məntəqəsindəki döyüşlər haqqında nigarançılıq edərək bildiribdir ki, Kanada istehsalı olan avtomobillərin Ərəbistanın şərqindəki döyüşlərdə istifadə olunub-olunmaması haqda təhqiqat aparır.

Kanada silahlarının ixracatı barədəki göstərişdə deyilir ki, Kanada istehsalı olan hərbi təchizatları insan haqlarının pozulmasında istifadə olunduğu ehtimal edilən yerlərə ixrac etmək olmaz.

Başlıca olaraq insan haqları qruplarının tənqid hədəfinə çevrilmiş Səudiyyə Ərəbistanı Amerikadan sonra Kanada istehsalı olan hərbi təchizatların ikinci alıcısıdır.

Teqlər

Şərhlər