Dek 17, 2017 16:31 Asia/Baku

Minlərlə amerikalı müsəlman ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı elan etməsinə dair qərarına etiraz olaraq Vaşinqtonda aksiya keçirib.

İRİB-in məlumatına görə, Müsəlman Amerikalılar İslam Təşkilatları Şurasının dəvəti əsasında keçirilən aksiyada 35-dən çox islam təşkilatı Fələstin xalqına dəstək şüarları səsləndirib və ABŞ Konqresinə doğru yürüş keçirib. 

Bu etiraz yürüşündə Fələstinin 50 metrlik bayrağı daşınıb. 

Həmçinin yürüşdə "Tramp və Netanyahu nasistlərin qayıdışına bərabərdir", "Tramp və Netanyahu, müharibəni başladan" və "Qüds Fələstinin paytaxtıdır" məzmunlu yazılar yazılmış plakatlar müşahidə olunub. 

Bu yürüşdə yəhudi yazar Miko Peled, müharibəyə qarşı olan məşhur keşiş Qrilan Heqler, müharibəyə qarşı başqa fəal Medea Benyamin və Vaşinqton əl-İslam məscidinin imamı Əbdüləlim Musa iştirak və çıxış edib. 

Teqlər

Şərhlər