Mar 13, 2018 09:31 Asia/Baku
  • Fevral ayında Amerika federal dövlətində 215 milyard dollarlıq büdcə çatışmazlığı
    Fevral ayında Amerika federal dövlətində 215 milyard dollarlıq büdcə çatışmazlığı

Amerika federal dövlətinin fevral ayındakı büdcə çatışmazlığı misli görünməmiş 215 milyard 200 milyon dollara çatıbdır.

Amerikanın xəzinədarlıq nazirliyi bir hesabatda bildirib: Amerika federal dövlətinin fevral ayındakı büdcə çatışmazlığı ötən milad ilinin müvafiq dövrü ilə müqayisədə on iki tam onda bir faiz çox olubdur.

Bu məlumata görə, Amerika federal dövlətinin cari maliyyə ilinin ilk beş ayı ərzindəki büdcə çatışmazlığı 391 milyard dollara çatıb. Bu rəqəm ötən milad ilinin müvafiq dövrü ilə müqayisədə on bir tam onda beş faiz çoxdur.

Proqnoz edilir ki, Amerika federal dövlətinin cari maliyyə ilindəki büdcə çatışmazlığı 873 milyard dollara çatacaq; bu da ötən il ilə müqayisədə nəzərəçarpacaq artımdan xəbər verir.

Teqlər

Şərhlər