May 09, 2018 08:31 Asia/Baku
  • Moqerini: Avropa Birliyi razılaşmaya sadiqdir
    Moqerini: Avropa Birliyi razılaşmaya sadiqdir

Avropa Birliyinin xarici siyasət koordinatoru Federika Moqerini Donald Trampın ölkəsinin ƏMTP-dən çıxmasını elan etməsindən sonra bildirib ki, Avropa Birliyi Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalacaq və onun qorunub-saxlanılmasında israrlıdır.

İRNA-nın verdiyi məlumata görə, Federika Möqerini dünən gecə İranla nüvə razılaşmasının 12 illik diplomatiyanın məhsulu və bütün dünyaya aid olduğunu bildirərək İran İslam Respublikası rəsmilərindən kimsəyə bu razılaşmanı əngəlləmək imkanı verməmələrini istəyib.

 Avropa Birliyinin xarici siyasət koordinatoru Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müstəqil fəaliyyətinə tam inandığını bildirərək deyib: AEBA 10 hesabat yayıb və hamısında İranın ƏMTP qarşısında öz öhdəliklərinə tam sadiq qaldığını vurğulayıb. 

Federika Moqerini İrana qarşı nüvə sanksiyalarının ləğv edilməsinin nüvə sazişinin ən əsas hissələrindən biri olduğunu bildirərək deyib: Avropa Birliyi İran xalqının nüvə sanksiyalarının götürülməsinin üstün cəhətlərindən tam faydalanacağına zəmanət vermək üçün öz üzərinə öhdəlik götürür.

Moqerini Amerikanın İrana qarşı yeni sanksiyalar elan edəcəyindən nigaran qaldığını bildirərək deyib: AB Avropa şikətlərinin ƏMTP xüsusunda investisiyalarına dəstək verəcək. 

 

Teqlər

Şərhlər