İyun 26, 2018 08:22 Asia/Baku
  • Moqerini: Yəmən böhranı BMT çərçivəsində həll olunmalıdır
    Moqerini: Yəmən böhranı BMT çərçivəsində həll olunmalıdır

Avropa Birliyi xarici siyasət üzrə koordinatoru dünən Yəmən böhranının BMT fəaliyyətləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb.

Mehr xəbər agentiyinin verdiyi məlumata görə, Federika Moqerini Lüksamburqda Avropa Birliyi ölkələrinin müdafiə və xarici işlər nazirlərinin müştərək iclasından sonra deyib: Bu birlik BMT-nin siyasi fəaliyyətləri yolu ilə Yəmən böhranının həll edilməsinə çağırır. 

AB ölkələrinin müdafiə və xarici işlər nazirləri Lüksamburq iclasında Yəmənin son durumu və BMT-nin Yəmən böhranına son qoyulması istiqamətindəki son fəaliyyətlərini araşdırıblar. 

Bu iclasda Moqerini deyib: Avropa Birliyi BMT-nin Yəmən böhranının həlli istiqamətindəki səylərini dəstəkləyir. 

AB müdafiə və xarici işlər nazirləri bildiriblər ki, Səudiyyə koalissiyasının Əl-Hədidəyə hücumları insani faciəyə gətirib çıxaracaq. 

Təcavüzkar Səudiyyə koalissiyası 13 iyundan Yəmənin qərbində yerləşən Əl-Hədidə limanını işğal etmək üçün geniş hücumlara başlayıb.

Teqlər

Şərhlər