Jun 26, 2018 12:12 Asia/Baku
  • Nigeriyada təhlükəsizlik tədbirləri gücləndirilib
    Nigeriyada təhlükəsizlik tədbirləri gücləndirilib

86 nəfərin toqquşmalarda ölümündən sonra Nigeriyanın Plato vilayətində təhlükəsizlik tədbirləri gücləndirilib.

FransPress-in verdiyi məlumata görə, həftənin əvvəllərində 86 nəfərin ölümü ilə nəticələnən müsəlman heyvandarlarla xristian əkinçilər arasında baş verən toqquşmalardan sonra Plato vilayətində təhlükəsizlik tədbirlərini gücləndirib. 

Nigeriya polisi deyib: Plato vilayətində təhlükəsizlik qüvvələri və terrorizm ilə mübarizə bölmələri yerləşib və ərazidə təhlükəsizliyin təmin edilməsi ilə məşğuldur. 

Nigeriyada çölçü xristian heyvandarlar müsəlman əkinçilərə hücum edərək qanlı qırğın törədiblər. 

Frans24 telekanalının verdiyi məlumata görə, Nigeriyanın şimalında xristian heyvandarlar iqlim dəyişikliyinə görə, otlaqlar ardınca ölkənin cənubu və mərkəzinə köçüblər və müsəlmanların otlaqlarını yiyələnmək istəyərkən qanlı toqquşmalar baş verib. 

Təhlilçilərə görə bu zorakılıq halları yaxın gələcəkdə Nigeriya üçün ən əsas problemə çevriləcək. 

Hal-hazırda ərazidə atəşkəs hökm sürür. 

Teqlər

Şərhlər