İyul 09, 2018 15:27 Asia/Baku
  • Ruhinqa müsəlmanlarına qarşı cinayətləri işıqlandıran iki jurnalist məhkum olunub
    Ruhinqa müsəlmanlarına qarşı cinayətləri işıqlandıran iki jurnalist məhkum olunub

Myanma dövlətinin Ruhinqa müsəlmanlarına qarşı cinayətlərin ifşa edilməsi sahəsində fəaliyyət göstərmək üstündə həbs olunmuş iki jurnalist dövlət sənədlərini əldə etmək bəhanəsi ilə müqəssir bilinibdir. Məhkəmə bu iki jurnalisti 14 il həbsə məhkum edə bilər.

Bu işə baxan məhkəmənin hakimi bu gün Myanmada Röyters xəbər agentliyi üçün fəaliyyət göstərən bu iki jurnalisti dövlət sənədlərini əldə etmək və yaymaq günahı ilə məhkum edib və deyibdir ki, onların məhkəmə hökmü tezliklə elan olunacaqdır.

Myanma dövləti minlərlə ruhinqalı müsəlmanı qırğın edəndən və 2017-ci ilin avqustunda 700 mindən çox ruhinqalı müsəlmanı ev-eşiyindən didərgin salandan sonra soyqırımı, etnik təmizləmə və qanunsuz kütləvi qətllər ilə bağlı beynəlxalq səviyyədə pislənmə ilə üzləşir.

Xarici media üçün işləyən iki myanmalı jurnalist 2017-ci ilin iki sentyabrında bu ölkənin ordu və təhlükəsizlik qüvvələri tərəfindən Ruhinqada yerləşən bir kəndin əhalisindən on nəfərlik bir qrupun qırğın edilməsi haqda reportajlar yaymışdı.

İngiltərənin Myanmadakı müstəmləkəçiliyi dövründən qalmış "informasiyaların qorunması" qanununa əsasən, həmin iki jurnalist maksimum 14 il həbsə məhkum edilə bilər.

Myanmadakı bəzi diplomatlar Qərb medialarına deyiblər ki, bu məhkəmə bu ölkədə söz azadlığı və demokratiyaya dəstək istiqamətində Nobel sülh mükafatının keçmiş laueratı və Myanmanın lideri Aun San Su Çji üçün bir sınaqdır.

Teqlər

Şərhlər