Sallivan:
Hörmüz boğazında ilişib qalmışıq və çıxış yolu yoxdur
Bayden administrasiyasının yüksək vəzifəli rəsmisi Ceyk Sallivan bildirib ki, ABŞ Hörmüz boğazında ilişib qalıb və vəziyyətdən çıxış yolu yoxdur.
Ağ Evin Milli Təhlükəsizlik üzrə keçmiş müşaviri Ceyk Sallivan televiziya proqramında çıxışı zamanı Donald Tramp administrasiyasının Hörmüz boğazını gəmiçilik üçün yenidən açmaq cəhdlərinə toxunub və qeyd edib ki, ABŞ bu su yolunu hətta qismən də olsa açmaq üçün ağır bədəl ödəyib və hazırda çox çətin vəziyyətlə üz-üzədir.Sallivan deyib: "Tramp daim Hörmüz boğazının heç olmasa qismən necə açılacağından danışır; lakin təkcə son 24 saat ərzində eşitdik ki, bu marşrutdan cəmi dördə yaxın gəmi keçə bilib".Ağ Evin Milli Təhlükəsizlik üzrə keçmiş müşavir sözlərinə belə davam edib: "Bu vəziyyət milyardlarla dollara başa gəlib və su yolunu qismən açmaq cəhdləri çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin təxminən yarısı və xüsusi təyinatlı qüvvələrinin böyük bir hissəsi bölgəyə cəlb edilib".Vaşinqtonun düşdüyü çətin vəziyyəti vurğulayan Sullivan qeyd edib: "Biz bu vəziyyətdə ilişib qalmışıq və yaxşı bir çıxış yolu yoxdur"