Aug 31, 2018 10:33 Asia/Baku
  • İtaliya AB-nin mühacirlərin qəbul edilməsində iştirak etməsini istəyib
    İtaliya AB-nin mühacirlərin qəbul edilməsində iştirak etməsini istəyib

İtaliya dəniz vasitəsilə insan alveri ilə mübarizə sahəsində Avropa İttifaqı ilə həmkarlığını kəsəcəyi ilə hədələyib. İtaliya bu sahədə digər avropalı ölkələrin iştirakını və digər limanlarda qanunsuz mühacirlərin qəbul edilmələrini istəyib.

İtaliyanın müdafiə naziri Elizabeta Terenta dünən Vyanada Avropa Birliyinə üzv ölkələrin müdafiə nazirləri ilə yığıncaqda bu birlikdən istəyibdir ki, Aralıq dənizindən xilas edilmiş mühacirlərin qəbul edilmələri məsuliyyətini öz üzərinə götürsün.
İtaliyanın müdafiə naziri əlavə edib: İtaliya limanları daha mühacirlərin düşürdülmələri üçün yeganə məqsəd ola bilməz.

İtaliyanın müdafiə nazirinin sözlərinə görə, bu ölkə dövləti miqrantları xilas etmək üzrə dəniz əməliyyatlarına dəstək verməyə son qoya bilər.

İtaliya dövləti ötən həftə beş gün dənizdə sərgərdan qaldıqdan sonra 177 mühaciri daşıyan bir gəmiyə Siciliya adasına yan almaq icazəsi verdi.

İtaliyanın sağçı dövlətinin daxili işlər naziri Matteo Salvini bundan öncə bildirmişdi ki, bu ölkə qanunsuz mühacirlər ticarətini dayandıracaq.

İtaliyanın sağçı dövləti qanunsuz mühacirlərin bu ölkəyə daxil olmalarına qarşı məhdudiyyətləri artırıbdır.

Avropa Birliyi İtaliya dövlətinin miqrantların qəbulu sahəsində məhdudiyyətlərin icrası barədəki siyasətlərinin dəyişdirilməsini istəyib.

Teqlər

Şərhlər