Sep 20, 2018 11:42 Asia/Baku
  • BMT iki Koreya başçıları arasındakı anlaşmanı alqışladı

BMT-nin baş katibi Cənubi və Şimali Koreya başçılarının görüşündən və bu görüşdə əldə edilən anlaşmadan razılıq edib.

İRİB-nin verdiyi məlumata görə, BMT baş katibinin sözçüsü Stefan Ducariç bir bəyanat yayaraq bildirib: BMT-nin baş ktibi Antonio Qutereş Şimali Koreyanın rəhbəri Kim Çen İn və Cənubi Koreyanın prezidenti Mun Cae İn arasında baş tutan üçüncü görüşün nəticələrini müsbət qarşılayır. 

Bu bəyanatda həmçinin, Pxenyan və Seulun mühüm anlaşmaların əldə edilməsindəki siyasi və diplomatik iradəsinə dəstək verilib. 

Şimali Koreyanın rəhbəri və Cənubi Koreyanın prezidenti çərşənbə günü ilk dəfə olaraq Koreya Yarımadasının nüvə tərksilahı haqda anlaşma sənədi imzalayıblar. 

Seul və Pxenyanın Koreya Yarımadasında gərginliyi azaltmaq və ixtilafları həll etmək üçün ciddi iradə nümayiş etdirmələrinə baxmayaraq, ABŞ Şimali Koreya əleyhinə qarşıdurma siyasətini davam etdirir. Belə ki, ABŞ-ın Maliyyə Departamenti son zamanlar Şimali Koreya əleyhinə yeni sanksiyalar tətbiq edib. 

Teqlər

Şərhlər