Sep 21, 2018 11:48 Asia/Baku
  • Trampın avropalılara tövsiyəsi: Afrika səhrasında divar çəkin
    Trampın avropalılara tövsiyəsi: Afrika səhrasında divar çəkin

İspaniya mediaları ABŞ prezidenti Donald Trampın qanunsuz immiqrantlar ilə mübarizə aparmaq üçün avropalılara Avrika səhrasında divar tikməyi tövsiyə etdiyini ifşa ediblər.

İRİB-nin verdiyi məlumata görə, İspaniya medialarının ifşa etdiyi video yazıya əsasən Donald Tramp son zamanlar İspaniyanın xarici işlər naziri Cozef Borrellə tövsiyə edərək, qanunsuz immiqrantların Avropaya mühacirətini önləmək üçün Afrika səhrasına divar çəkmələrini təklif edib. 

Bu video yazının yayılmasının ardınca İspaniyanın xarici işlər naziri Madriddə bir mərasimdə Trampa xitabən deyib: Siz Afrika səhrasının nə qədər böyük olduğunu bilirsiniz?

Borrell bu təklifin Tramp tərəfindən nə zaman irəli sürüldüyünə işarə etməyib. 

Afrika səhrası ümumi sahəsi təqribən 4800 kvadrat kilometr olan geniş bir ərazidir və təqribən Afrikanın bütün şimal hissəsini əhatə edir. 

Tramp immiqrantların ABŞ-a girişini önləmək üçün Meksika sərhədlərinin divarla bağlanmasına təkid edir. 

Teqlər

Şərhlər