Sep 30, 2018 19:08 Asia/Baku
  • İndoneziyada zəlzələ və sunaminin tələfatının sayı artıb
    İndoneziyada zəlzələ və sunaminin tələfatının sayı artıb

İndoneziyada zəlzələ və sunamidə həlak olanların sayı 800 nəfəri ötüb keçib.

Röyters xəbər agentliyi İndoneziyada zəlzələ və sunamidə həlak olanların sayını 832, yaralıların sayını isə 400-dən yuxarı elan edib.

Yardım qüvvələri güclü zəlzələdən iki gün sonra hadisədən salamat qurtaranların xilas edilmələri üzrə səylərini davam etdirirlər.

Cümə günü Rixter şkalası ilə 7,5 bal gücündə yeraltı təkandan sonra sunamidən irəli gələn güclü dalğalar 350 min nəfərlik Palu sahil şəhərindəki bina və təsisatların bir çoxunu xəsarətə düçar etdilər.

Qızıl Xaç Cəmiyyətinin İndoneziyadakı sədri Can Gelfand deyib: Məsələ, təkcə şəhər sakinləri deyil, ucqar məntəqələrdə də çoxlu sayda insan yaşayır və təəssüflər olsun ki, onlara əlçatma mümkünsüzdür.

İndoneziya 17 min ada ilə Sakit Okean məntəqəsi üzrə zəlzələ xətləri üzərində yerləşir və vulkan, zəlzələ və sunami daxil olmaqla ən şiddətli təbii hadisələrin şahididir.

Teqlər

Şərhlər