Oct 22, 2018 16:41 Asia/Baku
  • Almaniyada irqçilik əleyhinə aksiya
    Almaniyada irqçilik əleyhinə aksiya

Minlərlə nəfər Almaniyanın şərqində irqçi və anti-İslam "PEGİDA" partiyasının təsis edilməsinin ildönümü ilə bir vaxtda etiraz aksiyası keçiriblər.

Asoşeyted Press-in verdiyi məlumata görə, bazar günü Derzden şəhərində keçirilən etiraz aksiyasında təqribən 10 min nəfərin iştirak edib. Bu etiraz aksiyasında hakim partiya, fəhlə sindikatları və ictimai qrupların nümayəndələri də iştirak ediblər. 

Aksiya iştirakçıları PEGİDA əleyhinə "Nifrət yerinə məhəbbət" şüarı veriblər. 

PEGİDA "Vətənpərvər Avropalılar Avropanın İslamlaşmasına Qarşı" şüarının qısaldılmış formasıdır. Avropada müsəlmanlara və immiqrantlara qarşı fəaliyyət göstərən irqçi və rasist aktivistlər bu ad altında birləşiblər. 

Bu qrup bazar günü Derzden şəhərində piket təşkil edərək, təsis edilməsinin dördüncü ildönümünü qeyd edib. 

Teqlər

Şərhlər