Oct 26, 2018 09:19 Asia/Baku
  • Pashinian ABŞ-la daha sıx münasibətlər qurulmasını istəyir
    Pashinian ABŞ-la daha sıx münasibətlər qurulmasını istəyir

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Pashinian deyir ki, Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton-la danışıqlar müsbət atmosferdə keçib.

“Məncə, Ermənistan- ABŞ münasibətlərini yeni səviyyəyə çatdırmaqdan ötrü real imkan var. Biz bu fürsətdən yararlanmağa hazırıq”, – Pashinian oktyabrın 25-də Facebook səhifəsində yazıb.

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri John Bolton Yerevanda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Pashinian-la görüşündə Dağlıq Qarabağ münaqişəsini geniş müzakirə etdiyini deyir.

 Bolton oktyabrın 25-də qeyd edib ki, münaqişənin həlli üzrə Minsk prosesindən, Birləşmiş Ştatların həmsədr kimi vacib rolundan danışıblar.

“Baş nazirə dedim ki, Birləşmiş Ştatlar, Trump administrasiyası ABŞ-ın Ermənistanla münasibətinə çox yüksək əhəmiyyət verir. Ermənistanla Azərbaycanın münaqişəsinin qarşılıqlı razılaşma əsasında həllinə pərdəarxasından, eləcə də Minsk qrupunun həmsədrlərindən biri kimi nə kömək lazımdırsa, göstərməyə hazırıq. Ortada olan çətinlikləri də anlayırıq. Amma hiss elədik ki, baş nazirin Ermənistanda əla mövqeyi var və bu məsələdə liderlik göstərmək seçkidən sonraya qalır”, – Bolton deyib.

 

Teqlər

Şərhlər