Nov 18, 2018 08:43 Asia/Baku
  • Mərkəzi Afrikada didərginlərin düşərgəsinə hücum; 42 ölü
    Mərkəzi Afrikada didərginlərin düşərgəsinə hücum; 42 ölü

Mərkəzi Afrika Respublikasında naməlum yaraqlı şəxslərin didərginlərin düşərgəsinə qarşı hücumu azı 42 nəfərin ölümünə və onlarla nəfərin də yaralanmasına səbəb olubdur.

Ötən cümə axşamı günü başlanmış bu hücumda hücumçular bu düşərgəni yandırıblar. Belə ki, onun minlərlə sakini qaçmağa məcbur olubdur.

Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidən 300 kilometr şərqdə yerləşən Alindao şəhərindəki bu düşərgədə 20 mindən çox didərgin yaşayır.

Alindao şəhər şurasının bir üzvü deyibdir ki, indiyədək 42 nəfərin cəsədi tapılıb və digər həlak olanların axtarışı davam edir.

Mərkəzi Afrika Respublikası bu ölkənin keçmiş prezidenti Fransua Bozize dövlətinin 2013-cü ildə devrilməsindən sonra "Selka" qrupu ilə "Anti Balaka" yarımhərbçiləri arasında əmin-amansızlıq və şiddətli döyüşlər səhnəsi olubdur.

Teqlər

Şərhlər