Nov 26, 2018 21:30 Asia/Baku
  • Afrikada bin Salmanın səfərinə qarşı geniş etiraz
    Afrikada bin Salmanın səfərinə qarşı geniş etiraz

Afrika ölkələri son günlər səud vəliəhdinin səfəri ilə xalq müxalifətlərinin, həmçinin ərəb rejimlərinin sionist rejimlə əlaqələri adiləşdirmək üzrə günbəgün artmaqda olan hərəkətlərinin şahidi olublar.

Afrika ölkələrində, o sıradan Tunis, Əlcəzair, Misir və Mavritaniyada, həmçinin bəzi ərəb ölkələrindəki mədəni və siyasi şəxsiyyətlər bin Salmanın səfəri ilə müxalifətdə aksiyaların keçirilməsini istəyiblər.

Tunis, Əlcəzair və Mavritaniyada Muhəmməd bin Salmanın bu ölkələrə səfərinə qarşı xalq etirazları davam etməkdədir.

Tunis jurnalistlər birliyi bu ölkənin prezidenti Əlbaci Qaid Əssəbsiyə ünvanladığı məktubda səud rejiminin Yəmən xalqına qarşı bəşəriyyətə zidd və hərbi cinayətlərinə işarə edərək vurğulayıb: Bin Salmanın səfəri onun qanlı və vəhşicəsinə cinayətlərdə əlinin olması işinin təmizlənməsi məqsədi ilə həyata keçirilir ki, onun sonuncusu, səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda terror edilməsidir.

Məktubda deyilir ki, bin Salman söz azadlığının real düşməni, sülh və təhlükəsizlik üçün bir xətər sayılır.

Tunis Peşələr Birliyinin baş katib müavini Muhəmməd Əli Qədiri də Fələstin məsələsinin Tunis xalqı üçün əsas məsələ olduğunu vurğulayaraq, sionist rejimlə əlaqələrin hər cür adiləşdirilməsinin cinayət sayılması vaciblyini vurğulayıbdır.

Digər tərəfdən, "Cibheyi Əlcəzair əl-Cədidə" partiyasının sədri Camal bin Əbdussəlam deyib: Fələstin məsələsi, Suriyaya təcavüz və İranla əlaqə barədə Əlcəzair ilə Səudiyyə Ərəbistanın arasında fikir ayrılığı mövcuddur.

Movritaniyanın əl-Rifah partiyasının sədri Muhəmməd Vələd Fal vurğulayıb: Xalqın mövqeyi, Camal Qaşıqçının qətlindən və onun cəsədinin doğranmasından sonra səud hökuməti ilə hər cür həmrəyliklə müxalifətdir.

Teqlər

Şərhlər