Jan 01, 2019 10:58 Asia/Baku
  • koalisiya İraq və Suriyada törətdiyi qırgınları boynuna
    koalisiya İraq və Suriyada törətdiyi qırgınları boynuna

Amerikanın başçılığı altında İraq və Suriyada İŞİD ilə mübarizə apardığını iddia edən koalisiya həmin ölkələrdə 1140 mülki şəxsi qırğın etdiyini boynuna alıb.

Bu koalisiya dünən bir bəyanatda bildirib ki, 2014-cü ildən bəri İraq və Suriyada İŞİD-ə qarşı bombardmanlarında azı 1140 sivili öldürübdür.

İraq və Suriyada İŞİD ilə mübarizə apardığını iddia edən koalisiya bunu da etiraf edibdir ki, həmin mülkilər qeyri-dəqiq bombardmanların qurbanları olublar.

Birləşmiş Ştatlar İraq və Suriyada terror qrupları ilə mübarizə bəhanəsilə son zamanlar dəfələrlə sivilləri hədəfə alıbdır.

Üzdəniraq anti-İŞİD koalisiyası Obamanın prezidentliyi dövründə və "İraq və Suriyada yerləşən terrorçularla mübarizə" iddialı hədəflə formalaşıbdır. Halbuki rəsmi məlumatlara görə, məhz Amerika və onun qərbli və ərəb şərikləri İŞİD daxil olmaqla terror qruplarını yaradaraq, onları maliyyə və silah cəhətdən təmin edirlər.

Teqlər

Şərhlər