Jan 02, 2019 10:21 Asia/Baku
  • İndoneziyada torpaq sürüşməsi nəticəsində 55 nəfər ölüb yaxud itkin düşüb
    İndoneziyada torpaq sürüşməsi nəticəsində 55 nəfər ölüb yaxud itkin düşüb

İndoneziya rəsmiləri dünən gecə bildiriblər ki, qərbi Cavə vilayətində torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb, 40 nəfər isə yoxa çıxıb.

İRİB-in verdiyi məlumata görə, yerli qaynaqlar da bildiriblər ki, qərbi Cavə vilayətinin Sukabumi rayonunun Sinaresmi kəndi torpaq sürüşməsi nəticəsində amamiylə dəfn olunub.

İndoneziya yağışlar mövsumundə daşqınlar və torpaq sürüşmələrinin şahidi olur. 

23 dekabrda da İndoneziyanın Sunda boğazı sahillərində baş verən tsunami nəticəsində 430 nəfər öldü, 7 min sakin yaralandı. 

Bu tsunami İKrakatoa vulkanının püskürməsindən sonra baş verdi. 

İndoneziya 260 milyonluq əhaliyə malik olaraq güclü zəlzələlərin şahidi olan "od halqası" adlı zolağın üzərində yerləşir.  

Teqlər

Şərhlər