Jan 10, 2019 18:11 Asia/Baku
  • Almaniyanın hava limanlarında təhlükəsizlik işçiləri tətil aksiyası keçirirlər

Təhlükəsizlik işçilərinin tətil aksiyasına başlaması ilə Almaniyanın hava limanlarında 640 uçuş ləğv edilib.

Röyters-in məlumatına görə, Almaniyanın bəzi hava limanlarında təhlükəsizlik işçilərinin əmək haqlarının aşağı olmasına və iş şəraitinə etiraz olaraq tətil aksiyasına başlaması Duseldorf, Köln və Ştudqart hava limanlarında 640 uçuşun ləğv edilməsinə səbəbo lub. 

Almaniyanın hava limanlarının bildirdiklərinə görə 1054 uçuşdan 643-ü ləğv edilib. 

Bu üç hava limanı orta hesabla hər gün 115 min sərnişinə malikdir. 

Almaniyanın Ümumi Sektor Birliyi də bildirib ki, Almaniyanın hava limanlarında təhlükəsizlik sektorunda çalışan 23 min nəfərin tərəfindən əmək haqlarının artırılmasına dair müzakirələrə başlayıb. 

Bu birlik hər iş saatı üçün 20 avro əmək haqqının təyin edilməsinə çalışır. 

Bu müzakirələrin yanvarın 23-də bərpa edilməsi gözlənilir. 

Təhlükəsizlik işçilərinin tətil aksiyası bazar ertəsi günü də Tegel və Şuenfeld hava limanlarında uçuşların ləğv edilməsinə səbəb olmuşdu. 

Teqlər

Şərhlər