Jan 26, 2019 13:36 Asia/Baku
  • Rusiya-Ermənistan ticarət əlaqələri artır
    Rusiya-Ermənistan ticarət əlaqələri artır

Rusiya və Ermənistanın baş nazirləri ticarət əlaqələrini genişləndirirlər.

İRİB-nin bildirdiyinə görə, Dmitri Medvedyev və Nikol Paşinyan cümə günü Moskvada görüşüblər. Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə təkid edilib.

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin iclasında iştirak etmək üçün Rusiyaya səfər edib.

Moskva iclasında Avroasiya İqtisadi Birliyinə sədrlik Rusiyadan Ermənistana ötürülüb.

Avrasiya İqtisadi Birliyi 2015-ci ildə Rusiya. Qazaxıstan və Belarus tərəfindən yaradılıb. Bu birlik üzv ölkələr arasında azad ticarət, texniki xidmət, sərmayə qoyuluşu və işçi qüvvsindən birgə istifadə məqsədilə yaradılıb.

Ermənistan və Qırğızıstan da daha sonra bu birliyə üzv olublar.

Teqlər

Şərhlər