Mar 16, 2019 12:46 Asia/Baku
  • İtaliyada məktəblilər iqlim dəyişikliyinə etiraz etdilər
    İtaliyada məktəblilər iqlim dəyişikliyinə etiraz etdilər

İtaliyanın 182 şəhərində məktəblilər cümə günü iqlim dəyişikliklərinə etiraz olaraq aksiya keçiriblər.

İRNA-nın məlumatına görə, bu etiraz aksiyası ilə bir vaxtda milyonlarla yeniyetmə ilk dəfə olaraq ölkənin 123 şəhərində və 2000 meydanda iqlim dəyişikliklərinə etiraz edib. 

İqlim dəyişikliyi dünyanın hazırkı ən ciddi nigaranlıqlarından biri sayılır. Amma, ABŞ prezidenti Donald Tramp ölkəsini Paris İqlim Dəyişiklikləri Razılaşmasından xaric etməklə, iqlim dəyişiklikləri ilə mübarizəyə inanmadığını bildirdi. 

Dünyanın istiləşməsi yer kürəsinin temperaturunun artmasına, okeanlarda su səviyyəsinin yüksəlməsinə və dünyada quraqlığın artmasına səbəb olub. 

Teqlər

Şərhlər