Apr 24, 2019 13:54 Asia/Baku
  • Amerikalıların düşmənçiliyi cavabsız qalmayacaq
    Amerikalıların düşmənçiliyi cavabsız qalmayacaq

İslam İnqilabının Böyük Rəhbəri amerikalıların düşmənçiliklərinin cavabsız qalmayacağını vurğulayaraq, deyiblər: Onların İrana qarşı səyləri nəticəsiz qalacaq. Biz ehtiyacımız olan qədər və iradə etdiyimiz qədər neft ixrac edəcəyik.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei iş və fəhlə həftəsinin başlanğıcında müxtəlif sənaye sahələri üzrə minlərlə fəhlə ilə görüşdə cihadi və fasiləsiz işi istehsalın rövnəqi və müqavimət iqtisadiyyatının izzətli strategiyasının reallaşmasının mühüm şərtləri adlandırıblar və fəhlələrə hörmət, əmək haqqı və əmək təhlükəsizliyi kimi məsələlərə baxılması vacibliyini vurğulayaraq, əlavə ediblər: Düşmən İran xalqını dizə çökdürmək üçün iqtisadi təzyiq üzərində təmərküzləşibdir, amma bilsin ki, bu xalq heç vaxt dizə çökməyəcəkdir.

Teqlər

Şərhlər