Apr 26, 2019 08:54 Asia/Baku
  • naziri: İranın neft ixracatı sıfıra enməyəcək
    naziri: İranın neft ixracatı sıfıra enməyəcək

Nigeriyanın neft naziri ABŞ-ın İrandan neft idxalatları üzrə istisnaların ləğvi ilə bağlı qərarına reaksiyada deyib ki, İran neftinin ixracatını sıfıra endirmək mümkünsüzdür.

Nigeriyanın neft naziri Emmanuel Kaçikov dünən CNN ilə müsahibədə İranın neft ixracatının sanksiyalar nəticəsində sıfıra enməsi barədə bildirib ki, İranın neft ixracatının sıfıra enməsi ehtimalı yoxdur.

Ölkəsi OPEK ölkələrindən olan Kaçikov deyib ki, İran hər bir yolla ön neftinin satışını davam etdirəcəkdir.

ABŞ hökuməti ötən bazar ertəsi günü İran İslam Respublikasına qarşı düşmənçilik hərəkətlərinin davamında rəsmən bildirdi ki, daha İranın neft müştəriləri üçün sanksiyaları istisna etməyi uzatmayacaqdır.

Teqlər

Şərhlər