Apr 30, 2019 11:36 Asia/Baku
  • AB Myanmaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb
    AB Myanmaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

Avropa Birliyi Şurası bir bəyanat yayaraq, Myanmaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb. Buna səbəb, həmin ölkədə insan haqlarının ardıcıl şəkildə pozulması elan olunub.

Bu bəyanata əsasən, həmin sanksiyalar Myanmanın ordusu və hərbi qüvvələri ilə hərbi əməkdaşlıq və hərbi təlimin qadağan edilməsinə və silah sanksiyasına şamil olur.

Həmçinin Rohinca sakinlərinə qarşı insan haqlarının ciddi şəkildə pozulmasına görə, Myanmanın baş rəsmiləri daxil olmaqla 14 şəxsiyyətin adı bu sanksiyalar siyahısına salınıbdır.

2017-ci ilin 25 avqustundan bəri Myanma ordusunun və ekstremist buddistlərin bu ölkənin qərbində yerləşən Arakan əyalətində Rohinca müsəlmanlarına qarşı hücumlarında altı mindən çox rohincalı müsəlman öldürülüb, səkkiz min nəfər yaralanıb və təqribən bir milyon nəfər Banqladeşə diddərgin düşübdür.

BMT Myanma ordusunu bu ölkədə irqi təmizləmə amili və dünyanın ən pis ordusu kimi təqdim edibdir.

Teqlər

Şərhlər