Jun 09, 2019 20:30 Asia/Baku
  • Qazaxıstanda onlarla nəfər həbs olunub
    Qazaxıstanda onlarla nəfər həbs olunub

Qazaxıstan polisi Almatı şəhərində bu ölkənin prezident seçkilərinə etiraz edənlərdən onlarla nəfəri həbs edib.

Bu gün Qazaxıstan prezident seçkiləri ilə bir zamanda Almatı sakinlərindən bir qrupu bu şəhərin Astana meydanına toplaşaraq, seçkilərin digər vətəndaşlar tərəfindən boykot edilməsini istəyib. Bu hərəkət polis qüvvələrinin repressiyası və həbsləri ilə üzləşib.

Qazaxıstan prezident seçkiləri bu gün səhər başlanıbdır.

Teqlər

Şərhlər