Jun 13, 2019 11:59 Asia/Baku
  • Tramp bir daha Çini hədələyib
    Tramp bir daha Çini hədələyib

Amerika prezidenti Çini bu ölkə ilə ticarət savaşını şiddətləndirməsilə hədələyib.

ABŞ prezidenti Donald Tramp dünən deyib ki, əgər bu ölkə Çinlə razılığa gəlməzsə, Çindən idxal olunan 325 milyard dollarlıq məhsullara rüsum tətbiq edəcəkdir.

Tramp bildirib ki, Amerikanın Çinlə ticari və iqtisadi razılaşmaya çatacağını hiss edir.

Amerika son zamanlar 200 milyard dollarlıq Çin malına on faizlik rüsumu 25 faizədək artırıb və Çin məhsullarından daha 325 milyard dollara həmin miqdarda rüsum tətbiq etməyi nəzərdə tutur.

Amerikanın bu hərəkətinin ardınca Çin də Amerikadan idxal etdiyi 60 milyard dollar əmtəə malına on faizdən 25 faizədək rüsum tətbiq edibdir.

Beynəlxalq Valyuta Fondu bildirib ki, Amerika ilə Çin arasındakı hazırkı tariflər iki ölkənin tətbiq edəcəyi ilə təhdid etdiyi tariflərlə yanaşı, 2020-ci ildə dünyada iqtisadi inkişafın yarım faiz azalmasına səbəb olacaqdır.

Teqlər

Şərhlər