Jul 09, 2019 17:44 Asia/Baku
  • Pelosi Trampı tənqid edib
    Pelosi Trampı tənqid edib

ABŞ konqresinin nümayəndələr palatasının sədri Amerika prezidentinin bu ölkənin siyahıyaalma anketlərində vətəndaşlıq sualının yerləşdirilməsi barədəki qərarını kəskin tənqid atəşinə tutub.

ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi bu ölkənin prezidenti Donald Trampın Amerika vətəndaşlığı ilə bağlı sualları 2020-ci il siyahıyaalma anketində yerləşdirmək barədəki qərarını kəskin tənqid atəşinə tutaraq, deyib: Tramp Amerikanı bir daha ağdərililər ölkəsinə çevirmək niyyətindədir.

Pelosi əlavə edib: Amerika vətəndaşlığı ilə bağlı sualı 2020-ci il siyahıyaalma anketində yerləşdirmək bais olacaq ki, irqi azlıqlar Amerika siyahıyaalmasında sayılmasınlar. Bununla da qanunvericilik üzrə ümumi layihələr respublikaçıların xeyrinə qurtarmış olsun.

ABŞ konqresinin nümayəndələr palatasının sədri vurğulayıb: Respublikaçılar əmin olmaq istəyirlər ki, xas şəxslər siyahıya alınırlar. Bu iş, doğrudan da biabırçılıqdır.

Teqlər

Şərhlər