Jul 12, 2019 19:29 Asia/Baku
  • Liviya Parisin aşkar edilmiş fransız raketlər haqda izahat verməsini istəyib

Liviyanın milli birlik hökuməti Parisdən istəyibdir ki, Xəlifə Həftər qüvvələrinin bazasında aşkar edilmiş fransız raketlər haqda izahat versin.

Liviyanın milli birlik hökumətinin xarici işlər naziri Muhəmməd Əltahir Siyalə fransalı həmkarı Jan-İv Le-Driana məktubda onun Xəlifə Həftər qüvvələrinin bazasında aşkar edilmiş fransız raketlər haqda izahat verməsini istəyib.

O, bu məktubda Parisdən istəyibdir ki, Fransa silahlarının Həftər qüvvələrinə ötürülməsinin mexanizmi, yüklənmə zamanı və bu silahların təhvil verilməsi tərzi barədə izahat versin.

Teqlər

Şərhlər