Jul 13, 2019 19:42 Asia/Baku
  • Tripolidə döyüşlər şiddətlənib
    Tripolidə döyüşlər şiddətlənib

Liviyanın paytaxtı Tripolinin ətrafında milli birlik hökumətinə tərəfdar qüvvələrlə Liviya milli ordusu adlı qüvvələr arasındakı döyüşlər şiddətlənibdir.

Xəlifə Həftərin komandanlığı altında olan Liviya milli ordusu adlı qüvvələr ilə Faiz Əlsəraccın başçılığı altında olan milli birlik hökumətinə tərəfdar qüvvələr dünən Tripolinin ətrafında döyüşüblər. İki tərəf bu döyüşlərdə ağır və orta texnikalardan istifadə edib.

Tripolinin ətrafındakı məntəqələrin məişət durumu havaların isti keçməsinə və elektrik sahəsində fəaliyyət göstərən şirkətlərin lazımi enerji istehsalında aciz qalmalarına görə, problemlərə düçar olubdur.

Liviyanın digər şəhərlərində də məişət durumu terror qruplarının təxribatları nəticəsində işığın və içməli suyun tez-tez kəsilməsinə görə, qeyri-münasibdir.

Liviyada döyüşlərin yeni mərhələsi Xəlifə Həftərin komandanlığı altında olan Liviya milli ordusu adlı qüvvələrin Liviyanın paytaxtı Tripoliyə qarşı hücumu ilə cari ilin aprelindən başlanıb və milli birlik hökuməti qüvvələrinin reaksiyası ilə üzləşibdir.

Həftər qüvvələri əmirliklər, ərəbistan, misir və Fransadan silah və maliyyə dəstəkləri alsalar da hələ Tripoliyə girə bilməyiblər.

Teqlər

Şərhlər