Aug 04, 2019 08:58 Asia/Baku
  • Toççi: Zərifin sanksiya edilməsi ABŞ diplomatiyasındakı ziddiyyətin nişanəsidir
    Toççi: Zərifin sanksiya edilməsi ABŞ diplomatiyasındakı ziddiyyətin nişanəsidir

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin xüsusi müşaviri Amerika hökumətinin İranın xarici işlər nazirini sanksiya etməsini Vaşinqtonun diplomatiyasında aşkar ziddiyyətin nişanəsi adlandırıb.

Federika Moqerinin xüsusi müşaviri Natali Toççi İranın Təsnim xəbər agentliyi ilə eksklüziv müsahibədə deyib ki, bir ölkənin baş diplomatının sanksiya edilməsi mütləq şəkildə heç bir diplomatik prinsipə söykənmir.

Moqerinin müşaviri söyləyib: Əlbəttə, Amerikanın bu hərəkəti Avropa Birliyinin nüvə anlaşmasını xilas etmək üzrə səylərinə təsir göstərməyəcəkdir.

ABŞ-ın xəzinədarlıq nazilriyi bu ölkə hökumətinin sanksiyaya aludə olmasının davamında avqustun birində İran İslam Respublikasının xarici işlər nazirinin adını sanksiya edilmiş şəxslər siyahısına saldı.

Vaşinqtonun bu addımı geniş daxili və beynəlxalq tənqidlərlə üzləşdi.

BMT, Avropa Birliyi və müxtəlif ölkələr Amerikanın bu hərəkətinə neqativ münasibət bildirdilər.

Teqlər

Şərhlər